"İran səbirlidir, ancaq qış yaxınlaşır və Avropa İttifaqı…”

“Twitter” hesabındakı paylaşmasında sözügedən mövzu ilə bağlı açıqlamalar verən M.Mərəndi deyib...

1875522
"İran səbirlidir, ancaq qış yaxınlaşır və Avropa İttifaqı…”

 

  Vyana danışıqlarında İran Danışıqlar Qrupunun müşaviri Məhəmməd Mərəndi nüvə sazişinin canlandırılması üçün hazırlanan razılaşmanın mətnindəki qeyri-müəyyənlikləri və boşluqları qəbul etməyəcəklərini bildirb.

  “Twitter” hesabındakı paylaşmasında sözügedən mövzu ilə bağlı açıqlamalar verən M.Mərəndi deyib: "İran səbirli olacaq. Barak Obamanın dövründə müqavilə ABŞ tərəfindən sistematik olaraq pozulub. Donald Tramp və Co Bayden administrasiyaları günahsız vətəndaşlara maksimum təzyiq göstərib. Buna görə də İran qeyri-müəyyənlikləri və boşluqları qəbul etməyəcək. Qış yaxınlaşır və Avropa İttifaqı şikəstedici enerji böhranı ilə üz-üzədir”.

  Xatırladaq ki, 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya (5+1) arasında sanksiyaların ləğvi şərtilə nüvə müqaviləsi imzalanmışdı.

  2018-ci ildə - sabiq prezident Donald Trampın dövründə rəqmi Vaşinqton birtərəfli qaydada sazişdən çıxdı və İrana qarşı sanksiyaları bərpa etdi. Bundan sonra İran saziş üzrə öhdəliklərini tədricən dayandırdı və uranın yüksək səviyyədə zənginləşdirilməsi də daxil olmaqla, bir sıra addımlar atdı.

  Müqavilənin yenidən həyata keçirilməsini və ABŞ-ın sazişə qayıtmasını təmin etmək məqsədilə 2021-ci ilin aprelindən Avropa İttifaqının (Aİ) koordinasiyası ilə Avstriyanın paytaxtı Vyanada danışıqlar aparılır. Sonuncu görüş avqustun 8-də başa çatıb.

  Danışıqların koordinatorluğunu öz üzərinə götürən Aİ-nin təqdim etdiyi razılaşma mətni əvvəlki aylara nisbətən yekun razılığa gəlmək baxımından daha müsbət görünür.  



Әlaqәli Xәbәrlәr