“Əsas vəzifəmiz bununla bağlı Avropa şəbəkəsi yaratmaqdır”, O.Şolz

Almaniyaya səfər edən İspaniyanın baş naziri Pedro Sançeslə birgə ortaq mətbuat konfransında çıxış edən Şolz sözügedən mövzu ilə bağlı deyib...

1873942
“Əsas vəzifəmiz bununla bağlı Avropa şəbəkəsi yaratmaqdır”, O.Şolz

 

  Almaniya kansleri Olaf Şolz deyib ki, Avropa İttifaqı (Aİ) daha suveren və başqalarından daha az asılı olmalıdır.

  Almaniyaya səfər edən İspaniyanın baş naziri Pedro Sançeslə birgə ortaq mətbuat konfransında çıxış edən Şolz sözügedən mövzu ilə bağlı deyib: "Aİ daha suveren və başqalarından daha az asılı olmalıdır. Bizə daxildə birlik və xaricdə qətiyyət lazımdır.

  Təhlükəsizlik məsələsi çox əhatəlidir, enerji və xammal, sosial bazar iqtisadiyyatı və demokratiyanın qorunması kimi məsələləri ehtiva edir.

  Enerji bazarında yüksələn qiymətlərin çox artmasının qarşısının almaq  yolları müzakirə edilməlidir.

  Mərkəzi Avropaya qaz tədarük etmək üçün İspaniya ilə Fransa arasında boru kəmərinin çəkilməsi imkanları haqqında danışırırq. Rusiyadan azad olmaq üçün Avropada elektrik, qaz və hidrogen şəbəkələri genişləndirilməlidir.

  Günəş enerjisi ilə zəngin ölkələr olan İspaniya və Portuqaliya istehsalını artıraraq enerji ixrac edə bilər.

  Əsas vəzifəmiz bütün enerji mənbələrini əhatə edən Avropa şəbəkəsi yaratmaqdır”.

  İspaniyanın baş naziri Pedro Sançes də öz növbəsində çıxış edərək bunları söyləyib: “İspaniyada milli təhlükəsizlik strategiyası 2021-ci ilin sonunda yeniləndi. Rusiyanın fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayınca bu strategiya daha zəruri hala gəldi.

  Müharibə iqtisadiyyata, artan qiymətlərə və enerji təchizatına təsir edib. Biz bu müharibənin yükünün ədalətli şəkildə paylaşılmasını istəyirik. Avropa birlik və həmrəylik içində cavab verir. Məncə, doğru yoldur. Almaniya və İspaniya əməkdaşlıq edəcək”.



Әlaqәli Xәbәrlәr