“Türkiyə ilə dəniz müqaviləmiz ölkəmizə qazanc gətirdi”, M.Avn

Xatırladaq ki, Türkiyə ilə Liviya arasında “Dəniz yurisdiksiyasının məhdudlaşdırılmasına dair anlaşma memorandumu” 27 noyabr 2019-cu ildə İstanbulda imzalanıb

1868153
“Türkiyə ilə dəniz müqaviləmiz ölkəmizə qazanc gətirdi”, M.Avn

 

  Liviya Milli Birlik Hökumətinin neft naziri Məhəmməd Avn Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyası sahəsi ilə bağlı razılaşmanın ölkəsinə qazanc gətirdiyini bildirib.

  Liviyada yayımlanan "Panorama" televiziya proqramında Türkiyə ilə Liviya arasında "Dəniz yurisdiksiyasının məhdudlaşdırılmasına dair anlaşma memorandumu" ilə bağlı açıqlamalar verən nazir sözügedən mövzu ilə bağlı deyib: “Türkiyə ilə imzalanmış saziş bizə dənizdə faydalana biləcəyimiz geniş sahələr verib.

  Liviyanın gündəlik neft hasilatını 3 milyon barrelə çatdırmaq üçün təxminən 10 il vaxt lazımdır. Neft Nazirliyimizin məlumatına görə isə artıq 29 neft və 12 təbii qaz regionu aşkar edilib.

  Liviyada neft hasilatında müxtəlif problemlər var ki, bunlardan ən əsası xarici şirkətlərin Liviyada işləməyə narahatlıqla yanaşmasıdır”.

  Xatırladaq ki, Türkiyə ilə Liviya arasında “Dəniz yurisdiksiyasının məhdudlaşdırılmasına dair anlaşma memorandumu” 27 noyabr 2019-cu ildə İstanbulda imzalanıb.



Әlaqәli Xәbәrlәr