Moskva birjası təkrar fəaliyyətə başladı

Qeyd edək ki, sanksiyalarla əlaqədar Ukrayna ilə müharibənin başladığı fevralın 24-dən Rusiya maliyyə bazarlarında çox sayda kapital nəzarəti var

1868158
Moskva birjası təkrar fəaliyyətə başladı

 

  Rusiyaya qarşı sanksiyalarda iştirak etməyən ölkələrin investorları Moskva birjasında ticarətə başlayıblar.

  Moskva Fond Birjası avqustun 10-da açıqlayıb ki, dost olmayan ölkələrdən kənar investorlar ayın 15-indən ticarət edə bilərlər.

  Müvafiq olaraq, sözügedən əhatəyə daxil olan investorlar Moskva Birjasında ticarətə başlasalar da, xaricilərin əməliyyatlarına qoyulan məhdudiyyətlər qismən qaldırılsa da, rublun dollar və ya avroya qarşı hərəkətlərinin məhdud qaldığı müşahidə edilib: dollar/rubl pariteti 1,2 faiz artaraq 61,3, avro/rubl pariteti isə 0,3 faiz artaraq 62,5 olub.

  Moskva Fond Birjası (MOEX) 0,02 faiz azalaraq 2146, dollara əsaslanan RTS indeksi isə 1,2 faiz azalaraq 1102 xala geriləyib.

  Qeyd edək ki, sanksiyalarla əlaqədar Ukrayna ilə müharibənin başladığı fevralın 24-dən Rusiya maliyyə bazarlarında çox sayda kapital nəzarəti var.



Әlaqәli Xәbәrlәr