Dünyada işsizlik azalıb

Dünyada gənc işsizlərin sayı azalsa da, pandemiyadan əvvəlki dövrlə müqayisədə yüksək olaraq qalır.

1866841
Dünyada işsizlik azalıb

Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatında dünya miqyasında gənc işsizlərin sayı azalsa da, pandemiyadan əvvəlki dövrlə müqayisədə yüksək olaraq qaldığı bildirilib.

Hesabata görə, dünya miqyasında gənc işsizlərin sayı son 1 ildə 2 milyon nəfər azalaraq 73 milyon nəfər təşkil edib. Lakin bu rəqəm 2019-cu ildəkindən 6 milyon nəfər çoxdur. Qadınlar arasında işsizliyin yenə də yüksək olduğu qeydə alınıb.

Bildirilib ki, Ukrayna böhranı dünyanın əksər ölkələrində yeni iş yerlərinin yaradılmasını ləngidir. Lakin İnternetin əhatə dairəsinin genişlənməsi 2030-cu ilədək 24 milyon yeni iş yeri yaradılmasına səbəb olacaq. Bu yerlərin əksəriyyətini isə gənclər tutacaq.



Әlaqәli Xәbәrlәr