Türkiyә 2022-ci ildә 56 ölkәyә bal ixrac edib

İlin ilk yeddi  ayında Türkiyədən 56 ölkəyə bal ixrac edilib. Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında Türkiyədən 56 ölkəyə 9 min 926 ton bal satılıb.

1866189
Türkiyә 2022-ci ildә 56 ölkәyә bal ixrac edib

İlin ilk yeddi  ayında Türkiyədən 56 ölkəyə bal ixrac edilib.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında Türkiyədən 56 ölkəyə 9 min 926 ton bal satılıb. Bu ixracdan 26 milyon 226  min 544 dollar gəlir əldə edilib.

Mәlumata әsasәn keçen ilin eyni dövründә Türkiyә 4 min 268 ton bal ixrac edәrәk 14 milyon 910 min dollar gәlir әldә edib. Mәlumata әsasәn, әn çox ixrac Amerika Birlәşmiş Ştatları, Almaniya  vә İspaniyaya hәyata keçirilib. Bu çәrçivәdә Amerikaya 9 milyon 286 min 358, Almaniyaya 3 milyon 904 min 203 vә İspaniyaya 378 min 193 dollarlıq bal ixrac olunub.

Qeyd edәk ki, Türkiyә 2022-ci ildә hәmçinin Sloveniya, Peru, Maldiv adaları, Danimarka, Livan, Yəmən, Cənubi Afrika Respublikası, İraq, Venesuela, Barbados, Mavritaniya, Liberiya, Banqladeş, Şimali Makedoniya, Tayvan və Portuqaliya bal ixrac edib.



Әlaqәli Xәbәrlәr