Türkiyənin Rusiyaya ixracatında ən yüksək artım

Türkiyə davam edən geosiyasi risklərə baxmayaraq, güclü ixrac göstəricilərini qoruyub saxlayır

1865228
Türkiyənin Rusiyaya ixracatında ən yüksək artım

 

  İyul ayında Türkiyə Rusiyaya ixracatda ən yüksək artımı həyata keçirib.

  Türkiyə davam edən geosiyasi risklərə baxmayaraq, güclü ixrac göstəricilərini qoruyub saxlayır.

  24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbiylə qlobal tədarük zəncirindəki pozulmalara və ölkələrin Rusiya ilə ticarət əlaqələrinin mənfi təsirinə baxmayaraq, Türkiyə səmərəli xarici siyasət və balans strategiyası ilə Rusiya ilə ticarətini effektiv şəkildə davam etdirir.

  Türkiyənin ixracatı iyul ayında 2021-ci ilin eyni dövrünə görə 13,4 faiz artaraq 18 milyard 550 milyon dollara yüksəlib.

  2022-ci ilin iyul ayında Türkiyə Rusiyaya ixracatda ən yüksək artımı həyata keçirib. Belə ki, Türkiyənin Rusiyaya xarici satışları iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 236 milyon 932 min dollar artaraq 609 milyon 68 min dollara çatıb. Rusiyadan sonra Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Hollandiya və Cənubi Afrika Respublikası gəlir.



Әlaqәli Xәbәrlәr