İyunda İstanbula səyahət edən turist sayında rekord artım qeydə alınıb

İyun ayında İstanbula gələn turistlərin sayı ötən ilin müvafiq dövrünə müqayisədə 115% artaraq 1 milyon 470 min 586 nəfərə çatıb.

1862712
İyunda İstanbula səyahət edən turist sayında rekord artım qeydə alınıb

Vilayət Mədəniyyət və Turizm Müdirliyinin açıqladığı hesabata görə 2022-ci ilin ilk 6 ayında şəhəri 6 milyon 755 min 300 turist ziyarət edib. Bu da ötən ilin müvafiq dövrünə müqayisədə 115% artım olduğunu göstərir.

Bildirilik ki sözmövzusu tarixdə ( İyun 2022) turistlərin 1 milyon 447 min 273 nəfəri hava, 23 min 313 nəfəri isə dəniz yolu ilə gəlib. Və bunların arasında Almanlar 126 min 507 nəfərlə ilk sırada yer tutub. Bu ölkəni sırası ilə Rusiya, İran, ABŞ İngiltərə, Fransa, İraq, Küveyt, Özbəkistan, İordaniya, Qazaxıstan, İsrail, Hollandiya və İtaliya izləyib.



Әlaqәli Xәbәrlәr