“Biz bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk”, H.Akar

H.Akarın sədrliyi ilə Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, hərbi qüvvə komandirləri, nazir müavinləri və birlik komandirlərinin iştirakı ilə telekörpü keçirilib

1856383
“Biz bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk”, H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukrayna limanlarındakı taxıl və qida məhsullarının dəniz yolu ilə təhlükəsiz daşınması ilə bağlı “Ümumi prinsiplər əsasında taxıl və ərzaq məhsullarının daşınması planı razılaşdırılıb” dedi.

  H.Akarın sədrliyi ilə Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, hərbi qüvvə komandirləri, nazir müavinləri və birlik komandirlərinin iştirakı ilə telekörpü keçirilib.

  Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyanı təsiri altına alan taxıl böhranının həlli ilə bağlı diplomatik fəaliyyətlərinə və göstərişlərinə toxunan Akar bu çərçivədə əlaqədar nazirlik və qurumların çoxlu ikitərəfli görüşlər keçirdiyini bildirib.

  İyulun 13-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna müdafiə nazirlikləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında dördtərəfli görüş keçirildiyini xatırladan nazir danışıqlar zamanı Ukrayna və Rusiya hərbi nümayəndə heyətlərinin ilk dəfə BMT üzvləri ilə eyni masada toplaşdığını vurğulayıb.

  Sözügedən mövzu ilə bağlı Hulusi Akar deyib: "Ümumi prinsiplər üzrə taxıl və ərzaq məhsullarının daşınması planı razılaşdırılıb. Biz bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Çox güman ki, bu həftə görüş keçiriləcək. Bu çərçivədə İstanbulda əməliyyat mərkəzi, limanın gediş-gəliş nöqtələrində müştərək nəzarət məntəqələri və transfer marşrutlarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi əsas texniki məsələlər həll olunacaq".



Әlaqәli Xәbәrlәr