“Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artıracağıq”, U.Leyen

Azərbaycanda danışıqlar aparan Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında təbii qazın verilməsi ilə bağlı paylaşım edib

1856351
“Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artıracağıq”, U.Leyen

 

  Avropa İttifaqı (Aİ) Rusiya təbii qazına alternativ olaraq bir neçə il ərzində Azərbaycandan tədarük həcmini iki dəfə artırmaq istəyir.

  Azərbaycanda danışıqlar aparan Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında təbii qazın verilməsi ilə bağlı paylaşım edib. O, Azərbaycanla yeni enerji sazişi imzalayacaqlarına diqqət çəkərək yazıb: “Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan Avropa İttifaqının enerji təchizatı təhlükəsizliyi və iqlimə uyğun transformasiyada çox mühüm tərəfdaş olacaq”.

  Qeyd edək ki, Ursula fon der Leyenin Azərbaycana səfərini Aİ Komissiyasının enerji məsələləri üzrə üzvü Kadri Simson müşayiət edir.



Әlaqәli Xәbәrlәr