Türkiyәnin ixrac hәcmindә artım qeydә alınıb

Türkiyənin may ayında ixracatı  keçәn ilin eyni dövrü ilә müqayisәdә 15,3 faiz artıb.

1850213
Türkiyәnin ixrac hәcmindә artım qeydә alınıb

Türkiyənin may ayında ixracatı  keçәn ilin eyni dövrü ilә müqayisәdә 15,3 faiz artıb.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin may ayında ixracatı əvvəlki ilin eyni dövrü ilә müqayisәdә 15,3 faiz artaraq 18 milyard 984 milyon dollara çatıb.

Mәlumata görә әn çox ixrac Almaniyaya hәyata keçirilib. Bu ölkәyә 1 milyard 984 milyon dollar ixrac reallaşdırılıb.

Qeyd edәk ki, bu dövrdә Amerika Birlәşmiş Ştatlarına 1 milyard 273 milyon dollar, İraqa 978 milyon dollar, İtaliyaya 953 milyon dollar vә İngiltәrәyә 911 milyon dollarlıq ixrac hәyata keçirilib.



Әlaqәli Xәbәrlәr