“Rusiyadan qızıl alınmasına qadağa qoyacağıq”, C.Bayden

Ukraynadakı müharibəni maliyyələşdirməsinin qarşısını almaq üçün Rusiya prezidenti Vladimir Putinin qarşısında görünməmiş xərclər qoyduqlarını bildirən C.Bayden “twitter” hesabından deyib...

1848274
“Rusiyadan qızıl alınmasına qadağa qoyacağıq”, C.Bayden

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Almaniyanın Bavariya əyalətindəki Elmau Sarayında keçiriləcək G7 Liderlər Zirvə Toplantısında "Böyük yeddiliy"in Rusiya-Ukrayna müharibəsinə görə Rusiyadan qızıl idxalına qadağa qoyacaqlarını açıqlayıb.

  Ukraynadakı müharibəni maliyyələşdirməsinin qarşısını almaq üçün Rusiya prezidenti Vladimir Putinin qarşısında görünməmiş xərclər qoyduqlarını bildirən C.Bayden “twitter” hesabından deyib: “Böyük yeddilik” olaraq biz - ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya birlikdə elan edəcəyik ki, Rusiya üçün on milyardlarla dollar dəyərində əsas ixrac məhsulu olan qızılın idxalı qadağan edildin”.

  Qeyd edək ki, Rusiya 2022-ci ildə təxminən 331 min ton qızıl hasilatı ilə Çindən sonra ikinci ən böyük qızıl istehsalçısı olub. Enerjidən sonra qızıl Rusiyanın ikinci ən mühüm ixrac məhsulu sayılır.

  Xatırladaq ki, qlobal iqtisadi və siyasi problemlərin həllində mühüm platformalardan biri hesab edilən G7 Liderlər Zirvə Toplantısı Almaniyanın Bavariya şəhərindəki Elmau Sarayında iyunun 26-da başlayıb 28-də sona çatacaq. Yığıncaqda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar qlobal enerji və ərzaq qiymətlərinin yüksəlməsi, həmçinin “İqtisadiyyatda durğunluq və yüksək inflyasiyanın bir arada yaşanması” kimi tanınan staqflyasiya narahatlıqları müzakirə olunacaq və qərarlar veriləcək.



Әlaqәli Xәbәrlәr