ABŞ, Avropa İttifaqı və 11 ölkə üzərlərinə böyük bir öhdəlik götürdülər

ABŞ və Aİ “Qlobal metan öhdəliyi enerji yol xəritəsi” ilə birgə verdikləri ortaq bəyanatda bildiriblər ki...

1845247
ABŞ, Avropa İttifaqı və 11 ölkə üzərlərinə böyük bir öhdəlik götürdülər

 

  ABŞ, Avropa İttifaqı və 11 ölkə neft və qaz sənayesində metan emissiyasının azaldılması ilə bağlı öhdəlik götürdü.

  ABŞ və Aİ “Qlobal metan öhdəliyi enerji yol xəritəsi” ilə birgə verdikləri ortaq bəyanatda bildiriblər ki, qlobal istiləşməni 1,5 dərəcə selsi azaltmaq və yaxın gələcəkdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dünyanın qlobal enerji sektoru karbonsuzlaşdırılmalı, qısa müddətdə metan emissiyası sürətlə azalmalıdır. Bu məsələ ilə əlaqədar iyunun 18-ində keçirilən Böyük İqtisadiyyatlar Forumunda ABŞ və Aİ ilə birlikdə 11 ölkənin iştirakı ilə yeni bir öhdəliyə başlanılıb, benzin və qaz sektorlarında metan emissiyasının azaldılması və 2030-cu ilə qədər rutin emissiyaların dayandırılması vəd edilib.

  Açıqlanan öhdəliyə 59 milyon dollarlıq investisiya qoyulacaq.

  Qeyd edək ki, ABŞ və Aİ ilə yanaşı, Argentina, Kanada, Danimarka, Misir, Almaniya, İtaliya, Yaponiya, Meksika, Nigeriya, Norveç və Oman bu öhdəliyi boynuna götürüb.



Әlaqәli Xәbәrlәr