Turist sayında rekord artım qeydə alınıb
2022-ci ilin yanvar-aprel tarixləri arasında Türkiyəyə gələn turist sayı 8 milyon 885 min 876 nəfər olub.

TRT xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, 2022-ci ilin ilk 4 ayında ölkəyə gələnlərin 7 milyon 477 min 47-sini əcnəbilər, 1 milyon 408 min 829 nəfərini xaricdə yaşayan vətəndaşlar təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə müqayisədə cari ildə xarici turist sayının 172,51% artdığını göstərir.
Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin reytinqində ilin 4 ayında ötən ilə müqayisədə Almaniya 339,81% artımla birinci sırada iştirak edib. Bu ölkəni 325,55% artımla Bolqarıstan, 236,77% artımla da İran, Rusiya Federasiyası və Böyük Britaniya izləyib.
Әlaqәli Xәbәrlәr

Türkiyәnin ixrac hәcmindә artım qeydә alınıb
Türkiyənin may ayında ixracatı keçәn ilin eyni dövrü ilә müqayisәdә 15,3 faiz artıb.

İstanbula gәlәn turist sayında rekord artım qeydә alınıb
İstanbula may ayında 1 milyon 402 min 366 xarici turist gәlib.