"McDonald's" Rusiya bazarından çıxdığını elan etdi
TASS agentliyi xəbər verir ki...

"McDonald's" kompaniyası Rusiya bazarından çıxdığını elan edib və RF-dəki biznesini satmağa başlayıb.
TASS agentliyi xəbər verir ki, bu barədə kompaniyanın 16 may günü "PR Newswire" portalında dərc olunmuş bəyanatında bildirilir.
“McDonald's Corporation" bu ölkədə 30 ildən çox fəaliyyətindən sonra elan edib ki, Rusiya bazarından çıxır və özünün buradakı biznesinin satılması prosesinə başlayıb”, - deyə bəyanatın mətnində qeyd olunur.
Bununla yanaşı, TASS agentliyinə məlumat verən mənbə bildirib ki, "McDonald's" işçi kollektivini, restoranlar şəbəkəsini və menyusunu saxlamaqla, Rusiyada fəaliyyətini iyunun ortalarında yeni brend altında bərpa edəcək.
Әlaqәli Xәbәrlәr

Çay ixracında rekord artım qeydə alınıb
Yanvar-iyul dövründə Türkiyənin çay ixracında 18% artım qeydə alınıb.