V.Putin “qeyri-dost”lara məhsul və xammal ixracını qadağan edən fərman imzaladı

Rusiya prezidenti Vladimir Putinin imzaladığı və ölkənin hüquq-informasiya qəzetində dərc olunan fərmana əsasən...

1821740
V.Putin “qeyri-dost”lara məhsul və xammal ixracını qadağan edən fərman imzaladı

 

  Rusiya prezidenti Vladimir Putin ölkəsinin sanksiya tətbiq etdiyi fiziki şəxslərə və təşkilatlara məhsul və xammalın ixracını qadağan edən fərman imzaladı.

  V.Putinin imzaladığı və ölkənin hüquq-informasiya qəzetində dərc olunan fərmana əsasən, “qeyri-dost” addımlar atan bir sıra xarici ölkələrə qarşı əks sanksiyalar tətbiq ediləcək.

  Rusiyanın sanksiya tətbiq etdiyi şəxs və təşkilatlara məhsul və xammalın ixracını, eləcə də məhsul və xammalın ixracını qadağan edən fərmanla Rusiya şəxs və təşkilatlarının sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslər, o cümlədən təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirməməsinə də icazə verildi.

  Fərmana əsasən, Rusiya hökuməti 10 gün ərzində sanksiya tətbiq ediləcək şəxslərin və qurumların siyahısını təqdim edəcək.



Әlaqәli Xәbәrlәr