Rusiya Polşa və Bolqarıstana təbii qaz nəqlini dayandırdı

Aİ Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın enerji şirkəti "Qazprom"un bir sıra Aİ üzv dövlətlərinə təbii qaz axınını kəsməsindən sonra açıqlama verərək deyib...

1819392
Rusiya Polşa və Bolqarıstana təbii qaz nəqlini dayandırdı

 

  Avropa İttifaqı (Aİ) Rusiyanın Polşa və Bolqarıstana təbii qaz nəqlini dayandırmasını şantaj kimi qiymətləndirərək bunu “ədalətsiz və qəbuledilməz” hesab edib.

  Aİ Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın enerji şirkəti "Qazprom"un bir sıra Aİ üzv dövlətlərinə təbii qaz axınını kəsməsindən sonra açıqlama verərək deyib: “Qazprom” Avropadakı müştərilərə qaz tədarükünü birtərəfli qaydada dayandırır. Bu, Rusiyanın təbii qazdan şantaj vasitəsi kimi istifadəsidir.

  Rusiya etibarsız təbii qaz tədarükçüsüdür.

  Biz bu ssenariyə hazırıq. Aİ Komissiyası üzv dövlətlər və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və həmrəylik içində çalışır. Dərhal, birlikdə və koordinasiyalı şəkildə cavab verəcəyik.

  Aİ-yə üzv ölkələrin nümayəndələri bu gün (27 aprel) Qaz Koordinasiya Qrupunun iclasında bir araya gəldi. Həm Polşa, həm də Bolqarıstan indi qazı Aİ üzvü olan qonşularından alır. Bu, hər şeydən əvvəl bizim aramızda olan həmrəyliyi göstərir.

  Rəsmi Kreml Aİ ölkələri arasında parçalanma cəhdində bir daha uğursuzluğa düçar oldu.

  Avropada Rusiyanın qalıq yanacaqlarının erası başa çatır.

  Müqavilələrin 97 faizində ödənişin avro və ya dollarla aparılması açıq şəkildə göstərilir. Rusiya tərəfinin rublla ödəniş tələbi müqaviləsiz və birtərəfli qərardır. Bu cür müqavilələri olan şirkətlər Rusiyanın tələblərinə boyun əyməməlidir, əks halda, şirkətlər sanksiyaları pozacaqlar”.

  Qeyd edək ki, Rusiyanın enerji şirkəti "Qazprom" Bolqarıstan və Polşaya təbii qaz nəqlini rubl ödəmə sisteminə uyğun gəlmədiyi üçün tamamilə dayandırdığını açıqlayıb.

  Rusiya prezidenti Vladimir Putin “dost olmayan” ölkələrə təbii qazın rublla ödənilməsi ilə bağlı müvafiq fərman imzalamış və “Ödəniş rublla həyata keçirilməsə, Rusiya qaz müqavilələrini dayandıracaq” demişdi.



Әlaqәli Xәbәrlәr