Türk İnvestisiya Fondunun yaradılması sazişi müzakirə olunub

Türk Dövlətləri Təşkilatı tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil olunmuş “Türk İnvestisiya Fondunun yaradılması sazişi” layihəsi üzrə müzakirələr keçirilib

1818655
Türk İnvestisiya Fondunun yaradılması sazişi müzakirə olunub

 

  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatı tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil olunmuş “Türk İnvestisiya Fondunun yaradılması sazişi” layihəsi üzrə müzakirələrdə iştirak edib.

  Azərbaycan Dövlət Vergi Xidmətindən bildirilib ki, müzakirələr Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilib.

  İki gün davam edən tədbirdə ümumilikdə saziş layihəsinin bütün müddəaları nəzərdən keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılıb.

  Ekspertlər layihənin ayrı-ayrı maddələri ilə bağlı müvafiq şərhlər verib və həmin müddəaların təkmilləşdirilməsini təklif ediblər.

  Saziş layihəsi üzrə danışıqların davam etdirilməsi üçün növbəti görüşün qısa zamanda təşkili barədə qərar qəbul olunub.



Әlaqәli Xәbәrlәr