“T129 Atak”ı Türkiyədən alan ilk ölkə Filippin oldu

Mütəxəssislər hesab edir ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır

1808502
“T129 Atak”ı Türkiyədən alan ilk ölkə Filippin oldu

 

  Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.

  “T129 Atak” döyüş və taktiki kəşfiyyat helekopterinə olan maraq artmaqdadır.

  “T129 Atak” helekopterini Türkiyədən alan ilk ölkə Filippin olub.

  Bildirilir ki, Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd “T129 Atak” və bir “C-295” təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.

  Mütəxəssislər hesab edir ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.



Әlaqәli Xәbәrlәr