2 min 460 sərnişinin olduğu kruiz gəmisi Quşadasına yan alıb

"Regal Princess" adlı gəmi 2 min 460 sərnişini ilə kruiz turizminin əhəmiyyətli mərkəzlərindən biri olan Aydın vilayətinin Quşadası rayonundakı limana yan alıb.

1808250
2 min 460 sərnişinin olduğu kruiz gəmisi Quşadasına yan alıb
kuşadası'nda kruvaziyer turizmi.jpg

"Regal Princess" adlı gəmi 2 min 460 sərnişini ilə kruiz turizminin əhəmiyyətli mərkəzlərindən biri olan Aydın vilayətinin Quşadası rayonundakı limana yan alıb.

Egey Port Limanında lövbər salan Bermud bayraqlı kruiz gəmisindən enən amerikalı turistlərin bəziləri İzmirin Səlcuq rayonundakı Efes Antik Şəhəri və Məryəm Ana Evi turuna qatılmaq üçün avtobuslarla limandan ayrılıblar. Bəzi turistlər Kuşadası bazarına gedib.

Egey Port Quşadası baş direktoru Əziz Güngör yeni mövsümdə böyük transatlantik gəmilərin Kuşadasına gəlməyə davam edəcəyini bildirib.

"Bu gün limanımızda 330 metr uzunluğunda, 141 min qros ton çəkisi olan və 3560 sərnişin tutumlu kruiz gəmisini qəbul etdik. Dünyanın ən böyük kruiz gəmilərindən biri olan "Regal Princess" Quşadasına 9 səfər reallaşdıracaq" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr