Türkiyənin külək enerjisindən elektrik istehsalı bütün zamanların ən yüksək səviyyəsinə çatdı

Türkiyə Elektrik Kommunikasiya anonim şirkətinin (Türkiye Elektrik İletişim AŞ) məlumatlarına görə...

1806321
Türkiyənin külək enerjisindən elektrik istehsalı bütün zamanların ən yüksək səviyyəsinə çatdı

 

  Türkiyənin külək enerjisindən elektrik istehsalı 1 apreldə 203,69 meqavat-saatla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

  Türkiyə Elektrik Kommunikasiya anonim şirkətinin (Türkiye Elektrik İletişim AŞ) məlumatlarına görə, Türkiyədə aprelin 1-də 798 min 857 meqavat-saat elektrik istehsal edilib.

  Külək elektrik stansiyaları istehsalda 25,42 faiz payla birinci yerdədir. Bu stansiyalardan sonra 17 faizlə linyit və 11,58 faizlə bəndli su elektrik stansiyaları gəlir.

  Beləliklə, Türkiyədə külək enerjisindən istehsal olunan elektrik enerjisi 203,69 meqavat-saatla tarixin ən yüksək həddinə çatıb.

  Küləkdən elektrik enerjisi istehsalı üzrə son rekord aprelin 1-də 189 258 meqavat-saat olmuşdu.



Әlaqәli Xәbәrlәr