“Ortaq dəhliz üçün Xəzər dənizi mütləq aktivləşməlidir”, F.Oqtay

Qazaxıstanda 2 günlük rəsmi səfəri ilə bağlı "Anadolu" xəbər agentliyinə müsahibəsində F.Oqtay deyib...

1790468
“Ortaq dəhliz üçün Xəzər dənizi mütləq aktivləşməlidir”, F.Oqtay

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay Türkiyə ilə Qazaxıstan arasında dəmir yolu və avtomobil nəqliyyatında ortaq dəhlizin daha funksional olması üçün Xəzər dəhlizinin çox aktivləşəcəyi bir xətt yaratmaq istədiklərini bildirib.

  Qazaxıstanda 2 günlük rəsmi səfəri ilə bağlı "Anadolu" xəbər agentliyinə müsahibəsində F.Oqtay deyib: “Bu günlərdə bölgənin gündəmi Rusiya-Ukrayna müharibəsi olub. İqtisadi və ticarət əlaqələri ilə bağlı məsləhətləşmələr aparmaq və qiymətləndirmək üçün Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstana səfər etdik. Bölgədəki böhranın aradan qaldırılması üçün birlikdə necə çalışılacağından danışdıq.

  İqtisadi və ticarət əlaqələrini Müştərək İqtisadi Komissiya çərçivəsində ətraflı dəyərləndirdik, apardığımız araşdırmalar nəticəsində bir çox sektoru əhatə edən çoxsahəli fəaliyyət planı ilə bağlı razılığa gəldik.

  Dəmir yolu və avtomobil nəqliyyatı sahəsində ortaq dəhlizin gələcək üçün daha funksional hala gətirilməsi üzərində çalışırıq.

  Türkiyədən demək olar ki, hər gün bu bölgəyə gedən və Çinə uzanan ixracat qatarı var. Biz Transxəzər dediyimiz bir xətt yaratmaq istəyirik ki, orada Xəzər dəhlizi çox intensiv şəkildə aktivləşəcək. Bu, artıq mövcuddur, amma biz potensialını artırmaq və genişləndirmək lazımdır”.



Әlaqәli Xәbәrlәr