Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran razılığa gəldilər

MAQATE-nin prezidenti Rafael Mariano Qrossi paytaxt Tehrana səfəri zamanı yaxşı danışıqlar apardıqlarını bildirərək “Həlli vacib olan problemlərə dair izləniləcək yola işıq salacaq ortaq bəyanat üzərində razılaşdıq” deyib

1790482
Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran razılığa gəldilər

 

  Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və İran həll olunmamış məsələləri yekunlaşdırmaq üçün əməkdaşlıq və dialoqu gücləndirmək barədə razılığa gəldilər.

  MAQATE-nin prezidenti Rafael Mariano Qrossi paytaxt Tehrana səfəri zamanı yaxşı danışıqlar apardıqlarını bildirərək “Həlli vacib olan problemlərə dair izləniləcək yola işıq salacaq ortaq bəyanat üzərində razılaşdıq” deyib.

  Müxtəlif sahələrdəki problemləri, xüsusən də bəzi nüvə obyektləri ilə bağlı MAQATE ilə İran arasında informasiya axınındakı problemləri müzakirə etmək üçün Tehrana səfər edən Qrossi İran rəsmiləri ilə razılaşdırılmış məsələlərlə bağlı birgə bəyanat imzalayıb.

  Problemlərin həllinə yönəlmiş əməkdaşlıq və dialoqun sürətləndirilməsi və gücləndirilməsi üçün tərəflər arasında konsensusun əldə edildiyi bildirilib.

  Bəyanatda qeyd olunub ki, İran ən gec martın 20-dək Beynəlxalq Atom Enerjisi Agentliyinin bu ölkə tərəfindən hələ cavablandırılmamış üç obyekt ilə bağlı qaldırdığı məsələlərlə bağlı təsdiqedici sənədlər də daxil olmaqla yazılı açıqlama verəcək.

  İrandan bu sənədlər alındıqdan sonra 2 həftə müddətində agentlik tərəfindən məlumatlar araşdırılacaq. Bir həftə sonra tərəflər onları həll etmək üçün Tehranda görüşəcəklər.

  Həmçinin qeyd olunub ki, sözügedən üç yer üzrə ayrı-ayrılıqda görüşlər keçiriləcək.

  Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Qrossi Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İran Atom Enerjisi İdarəsinin sədri Məhəmməd İslami ilə görüşüb.



Әlaqәli Xәbәrlәr