Türkiyə quruda külək enerjisinə görə Avropada 3-cüdür

“Wind Europe” (Avropa küləyi) hesabatlarından toplanan məlumata görə...

1787982
Türkiyə quruda külək enerjisinə görə Avropada 3-cüdür

 

  Türkiyə ötən ilin sonunda quruda külək gücünü 10 min 750 meqavata çatdıraraq 2 pillə irəliləyib və Avropada 3-cü olub.

  “Wind Europe” (Avropa küləyi) hesabatlarından toplanan məlumata görə, 2021-ci ildə Avropada 14 min 50 meqavat quruda külək enerjisi sistemə qoşulub və ilin sonuna qədər 207 380 meqavat külək enerjisi əldə edilib.

  Dəniz külək enerjisi gücü isə 28 min meqavatı keçib.

  2021-ci ildə İsveç 2104 meqavat gücü ilə quruda külək enerjisində ən çox quraşdırma həyata keçirib. Ondan sonra 1925 meqavatla Almaniya gəlir.

  Ötən il 1400 meqavat quraşdırılmış gücü sisteminə daxil etməklə 2016-cı ildə külək enerjisi quraşdırma rekordunu qıran Türkiyə Avropada yeni qurğular siyahısında 3-cü yerdə qərarlaşıb. Ondan sonra 1192 meqavatla Fransa, 1139 meqavatla Rusiya gəlir.

  Beləliklə, Türkiyə 2021-ci ilin sonuna qədər əldə etdiyi 10.750 meqavatlıq quruda külək gücü ilə əvvəlki ilə nisbətən 2 pillə yüksələrək Avropada quraşdırılmış enerji sıralamasında 3-cü yerə çıxıb.

  Türkiyənin ötən il külək enerjisindən istehsal etdiyi elektrik enerjisi ümumi elektrik enerjisi istehsalının orta hesabla 10 faizini qarşılayıb.

  Bundan əlavə, hesabata görə, Türkiyə dünyanın ən yüksək həcmli quru külək turbinlərinin istifadə olunduğu ölkələrdən birinə çevrilib.

  “Wind Europe” İdarə Heyətinin sədr Cals Dikson (Giles Dickson) sözügedən mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: “Türkiyə illər ərzində külək enerjisi sektorunun inkişafı üçün qanuni tənzimləmə və çərçivəni diqqətlə hazırlayır. Biz Türkiyənin quruda külək enerjisi sahəsində səylərini çox uğurlu görürük. Türkiyə maraqlı və böyüyən bir bazar olmağa davam edir. Düşünürəm ki, ölkənin gücü quruda və dənizdəki elektrik stansiyalarında da eyni uğuru göstərəcək".  



Әlaqәli Xәbәrlәr