Ukraynaya kripto valyuta ianələri milyonlarla dollar olub

Qeyd edək ki, fevralın 26-da Ukrayna hökuməti rəsmi “twitter” hesabı vasitəsilə ianələr üçün iki kripto hesabı paylaşıb

1787169
Ukraynaya kripto valyuta ianələri milyonlarla dollar olub

 

  Rusiyanın hücumundan sonra Ukraynaya kripto valyuta ianələri təxminən 17 milyon dollar keçib.

  Londonda yerləşən blokçeyn təhlil provayderi “Elliptic”in məlumatına görə, Ukrayna hökumətinin “twitter”də paylaşdığı hesablara 12.799 əməliyyatda 10,2 milyon dollar dəyərində kripto pul köçürülüb.

  Şirkətdən verilən açıqlamada Ukrayna hökumətinə və orduya dəstək verən qeyri-hökumət təşkilatlarına 16,7 milyon dollar dəyərində kripto pul ianə edildiyi bildirilib.

  Sözügedən kripto ianə ilə yanaşı, Ukrayna hökumətinin “Ethereum” hesabına təxminən 2 milyon dollar dəyərində NFT (ticarət olunmayan tokenlər) göndərilib.

  Qeyd edək ki, fevralın 26-da Ukrayna hökuməti rəsmi “twitter” hesabı vasitəsilə ianələr üçün iki kripto hesabı paylaşıb.



Әlaqәli Xәbәrlәr