BBC World News Türkiyənin kənd təsərüfatı məhsulları tanıdır
Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyənin ixrac məhsulları və sektorlarının ümumdünyada tanıdılması üçün BBC World News ilə əməkdaşlıq etdiyini bildirib.

TİM-dən yayılan açıqlamaya görə, Avropa, Şimali Amerika, Latın Amerikası, Afrika, Asiya, Sakit Okean, Yaxın Şərq və Cənubi Asiyada 1 milyarda yaxın izləyicisi olan BBC World News-un işçi qrupu qida və kənd təsərrüfatı, tekstil və zərgərlik, innovasiya və texnologiya ilə əlaqəli 3 sənədli film hazırlayıb. Filmin tekstil və zərgərlik sənayesinin təqdimatına dair hissəsi 1 milyard izləyiciyə çatdırılıb. Qida və kənd təsərrüfatı sektorunun izah edildiyi ikinci hissə fevralın əvvəlində BBC World News auditoriyası ilə görüşüb. Tanıtım filmində qurudulmuş-təzə meyvə, zeytun-zeytun yağı, taxıl-paxlalı və fındıq sektorları diqqət mərkəzində olarkən, təzə kişmiş, albalı, əncir, pomidor, xiyar, ərik kimi məhsullar da iştirak edir. Türkiyənin qida və kənd təsərrüfatı sektoru 2021-ci ildə 22,5 milyard dollarlıq ixrac ilə dünyada əhəmiyyətli tədarikçi mövqeyə sahib olduğunu göstərdi. Dünyanın ən böyük fındıq, təzə və qurudulmuş əncir, ərik, üzüm və bulqur istehsalçısı olan Türkiyə dünyanın 150 ölkəsinə fındıq ixrac edir.
Әlaqәli Xәbәrlәr

"Prodekspo-2025" sərgisində Türkiyənin fındığı təqdim edilib
Rusiyada keçirilən "Prodekspo-2025" sərgisində Türkiyənin fındığı təqdim edilib.

Mehmet Şimşək Dubayda investorlarla görüşəcək
Nazir Dubay səfəri çərçivəsində investorlarla həm geniş iştiraklı, həm də fərdi görüşlər keçirəcək