Rusiya və Çin arasında qaz tədarükü ilə bağlı müqavilə imzalanıb

Rusiyanın “Qazprom” və Çinin CNPC şirkətləri təbii qazın alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilə imzalayıb.

1773584
Rusiya və Çin arasında qaz tədarükü ilə bağlı müqavilə imzalanıb

Rusiyanın “Qazprom” və Çinin CNPC şirkətləri təbii qazın alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilə imzalayıb.

Bu barədə “Qazprom”un məlumatında deyilir.

Bununla da, Çinə ixrac edilən Rusiya qazının həcmi illik 48 milyard kubmetrə çatacaq.

Sözügedən razılaşmanın iki ölkə arasında əməkdaşlığı gücləndirəcəyinə diqqət çəkilən açıqlamada “Saziş çərçivəsində Çinə əlavə olaraq 10 milyard kubmetr təbii qaz göndəriləcək, Rusiya qazının isə Çinə ümumi nəqli ildə 48 milyard kubmetrə çatacaq” deyilib.

Açıqlamada fikirləri yer alan “Qazprom”un sədri Aleksey Miller müqavilənin Rusiya və Çin arasında qarşılıqlı etimadı nümayiş etdirdiyini bildirərək, “CNPC-dəki çinli tərəfdaşlarımız "Qazprom"un etibarlı tədarükçü olduğunu gördülər" deyib.



Әlaqәli Xәbәrlәr