Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qərarını alqışladı
Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şurasının Argentina, Braziliya, Bolqarıstan, Xorvatiya, Peru və Rumıniya ilə üzvlük danışıqlarına başlamaq qərarını alqışlayıb.

Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şurasının Argentina, Braziliya, Bolqarıstan, Xorvatiya, Peru və Rumıniya ilə üzvlük danışıqlarına başlamaq qərarını alqışlayıb.
Xarici İşlər Nazirliyi OECD Şurasının yanvarın 25-də keçirdiyi toplantıda altı namizəd ölkə ilə üzvlük danışıqlarına başlamaq qərarı ilə bağlı yazılı bəyanat verib.
Qərarın müsbət qarşılandığı vurğulanan bəyanatda Türkiyənin qurucu üzvü olduğu OECD-nin əsas dəyər və prinsiplərin, əhatəli və davamlı inkişaf hədəflərinin yayılmasına böyük əhəmiyyət verdiyi qeyd edilib.
Bəyanatda Türkiyənin həmin altı ölkənin OECD-yə üzvlük danışıqlarının aparılması və lazımi islahatları həyata keçirməklə OECD standartları və əsasları ilə uyğunlaşdırılması prosesində də lazımi dəstəyi verməyə davam edəcəyi bildirilib.
Әlaqәli Xәbәrlәr

Britaniya daha 8 nüvə reaktorunun tikintisi üçün start götürdü
Dünyada enerji qiymətlərinin artması Böyük Britaniyaya da təsir edib