“Kripto ilə bağlı da rəqabət üstünlüklərimiz var”, V.Putin

Hökumət nümayəndələri ilə video-konfrans yolu ilə reallaşdırdığı yığıncaqda kripto pullarla bağlı gündəmdə olan prosesləri yaxından izlədiyini bildirən Rusiya başçısı deyib...

1768840
“Kripto ilə bağlı da rəqabət üstünlüklərimiz var”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin kripto pul mədənçiliyi mövzusunda da rəqabət üstünlükləri olduğunu söyləyib.

  Hökumət nümayəndələri ilə video-konfrans yolu ilə reallaşdırdığı yığıncaqda kripto pullarla bağlı gündəmdə olan prosesləri yaxından izlədiyini bildirən Rusiya başçısı deyib: "Rusiya Mərkəzi Bankı kripto pulların requlyasiyası ilə maraqlanır, texniki irəliləyişinə maneə törətmir və bu fəaliyyət sahəsində ən son texnologiyaları tətbiq etmək üçün lazımi tədbirləri görür. Kripto pulları ilə əlaqədar müxtəlif təhlükələr olsa da, elektrikimiz bol, yaxşı təhsilli personalımız çox olduğu üçün “kripto pul mədənçiliyi mövzusunda da rəqabət üstünlüklərimiz var" deyə bilərik”.

  V.Putin hökumətə Rusiya Mərkəzi Bankın kripto pul texnologiyaları ilə bağlı ortaq görüşlər keçirməsinə dair təlimat verib.

  Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 20 yanvar hesabatında Rusiya iqtisadiyyatının mənfi istiqamətdə təsirləndiyi səbəbiylə kripto pul vahidləri ticarəti və mədənçiliyinin qadağan olunmasını təklif etmişdi.



Әlaqәli Xәbәrlәr