Türkiyә 2021-ci ildә 55 ölkәyә bal ixrac edib
Bu barәdә Şәrqi Qara dәniz İxracatçılar Birliyindәn verilәn mәlumatda bildirilib.

Türkiyә keçәn il 55 ölkәyә bal ixrac edib.
Bu barәdә Şәrqi Qara dәniz İxracatçılar Birliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, Türkiyә keçәn il 55 ölkәyә 9 min 875 ton bal ixrac edib. Türkiyә bu ixracdan 30 milyon 498 min 600 dollar gәlir әldә edib.
Mәlumata görә, 2020-ci ildә Türkiyә 5 min 972 ton bal ixrac etmişdi. Hәyata keçirilәn bu ixracda Türkiyә 25 milyon 856 min 972 dollar gәlir әldә etmişdi.
Qeyd olunub ki, 2021-ci ildә әn çox Amerika Birlәşmiş Ştatları, Almaniya, İspaniya, Bolqarıstan vә İsrailә bal ixrac edib.
2020-ci ildә isә әn çox bal ixracı Mәrakeş, İtaliya, Misir, Monqolustan, Venesuela, Pakistan, Keniya, İrlandiya, Albaniya vә Sudana hәyata keçirilmişdi.
Әlaqәli Xәbәrlәr

Britaniya daha 8 nüvə reaktorunun tikintisi üçün start götürdü
Dünyada enerji qiymətlərinin artması Böyük Britaniyaya da təsir edib