Türkiyə ilə Yunanıstan arasındakı ticarət həcmində artım qeydə alınıb

Türkiyə-Yunanıstan Birgə İqtisadi Komissiyasının (KEK) 5-ci Dövr Toplantısı iki ölkənin həmsədrliyi ilə Afinada keçirilib.

1767612
Türkiyə ilə Yunanıstan arasındakı ticarət həcmində artım qeydə alınıb

Türkiyə-Yunanıstan Birgə İqtisadi Komissiyasının (KEK) 5-ci Dövr Toplantısı Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu və Yunanıstan xarici işlər nazirinin müavini Kostantinos Franqoyannisin həmsədrliyi ilə Afinada keçirilib.

Yığıncaqdan sonra verilən ortaq yazılı açıqlamada 2021-ci ildə Türkiyə ilə Yunanıstan arasında artan ticari-iqtisadi əlaqələrə işarə edilərək, görüşün bu sahədə əldə edilən sürətin qorunub saxlanılması və əməkdaşlıq imkanlarının artırılması üçün mühüm funksiya daşıyacağı bildirilib. 

Danışıqlardan sonra imzalanan Birgə İqtisadi Komissiyanın 5-ci dövr protokoluna müzakirə olunan ikitərəfli ticarət əlaqələri, qarşılıqlı sərmayələr, Avropa İttifaqı (Aİ) ilə gündəmdəki ticarət məsələləri və xüsusilə enerji, turizm, kənd təsərrüfatı, gömrük, nəqliyyat başda olmaqla əməkdaşlıq imkanları əks etdirilib.

Türkiyə ilə Yunanıstan arasında ticarət həcmi 2021-ci ildə əvvəlki il ilə müqayisədə 69,2% artaraq 5,2 milyard dollara çatıb.
Türkiyənin Yunanıstana ixracı 2021-ci ildə yüzdə 73,3 artarkən, Türkiyənin təxminən 1 milyard dollarlıq ticarət profisiti var. İki ölkə arasında ticarət dövriyyəsi 2005-ci ildən bəri üç dəfə artıb.



Әlaqәli Xәbәrlәr