“Enerji sərmayələri də bu hədəflərə çatmaqda bizə təminat olacaq”, M.Varank

Ankaranın Poladlı rayonunda Kontrolmatik Texnoloji Litium Dəmir Fosfat  Akkumulyator Zavodunun (Kontrolmatik Teknoloji Lityum Demir Fosfat Batarya Fabrikası) Təməlatma Mərasimində etdiyi çıxışında M.Varank deyib...

1768192
“Enerji sərmayələri də bu hədəflərə çatmaqda bizə təminat olacaq”, M.Varank

 

  Sənaye və texnologiya naziri Mustafa Varank "Türkiyədə enerji müxtəlifliyini artırmaq üçün ölkəmizin dörd bir tərəfində sərmayələr qoyuruq" dedi.

  Ankaranın Poladlı rayonunda Kontrolmatik Texnoloji Litium Dəmir Fosfat  Akkumulyator Zavodunun (Kontrolmatik Teknoloji Lityum Demir Fosfat Batarya Fabrikası) Təməlatma Mərasimində etdiyi çıxışında Türkiyəni kritik texnologiyalar qlobal bazası etmək üçün çalışdıqlarını vurğulayan M.Varank deyib: “Sürətli texnoloji proseslərlə enerjiyə olan ehtiyac hər gün artır.

  Qalıq yanacaqların istifadə edildiyi içdən yanmalı mühərrik texnologiyası artıq tarix oldu. Bunların yerini alacaq elektrikli maşınların xərcinin böyük qismini akkumulyatorlar (batareyalar) təşkil edir.

  Ölkə olaraq rəqabət şərtlərinin bərabərləndiyi bu dövrdə Türkiyə öz avtomobili ilə elektrikli maşın sektoruna sürətlə daxil oldu. Bu gün layihə üzrə hər şey yolunda gedir.

  İl sonunda, inşaallah, ilk elektrikli maşınlar ardıcıl istehsal bantından çıxacaq. Amma biz TOGG (Türkiyə Avtomobili Müəssisəsi Qrupu) kimi layihələrin uzunvədəli qalıcı müvəffəqiyyətə çatmasında batareya (akkumulyator) texnologiyalarının çox təsirli olacağına əminik.  

  Türkiyəni 2022-ci ildə də sənaye sektorunda böyütməyə davam edirik. Ölkəni sərmayə, istehsal, ixracat və məşğulluq rotasında tutmaqda qərarlıyıq. Enerji sərmayələri də bu hədəflərə çatmaqda bizə təminat olacaq.”

  Çıxışından sonra Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank və onunla gələn rəsmi heyət düymələrə basaraq fabrikin təməlini atdılar.



Әlaqәli Xәbәrlәr