Türkiyənin 2021-ci il Antep fısdığı ixracatı

Cənubi-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatına görə...

1767042
Türkiyənin 2021-ci il Antep fısdığı ixracatı

 

  Türkiyədən 2021-ci ildə edilən Antep fısdığı (püstə) ixracatı əvvəlki illə müqayisədə 76 faiz artaraq 209 milyon 686 min dollara yüksəlib.

  Cənubi-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatına görə, 2020-ci ildə 118 milyon 923 min dollarlıq püstə ixracatı edilib. 2021-ci ildə isə ixracat əvvəlki ilin rəqəmlərini 76 faiz keçərək 209 milyon 686 min dollarlıq olub.

  Keçən il İtaliya, Almaniya, Çin, Kanada, Portuqaliya, Malayziya, Malta, Tayvan, Mərakeş, Yaponiya, Moldova, Birləşmiş Krallıq (İngiltərə), Kuba və Rusiyanın da aralarında olduğu 110 ölkəyə 20 min 332 ton püstə satılıb.

    Türkiyənin ən çox fıstıq ixracatı etdiyi ölkələrin başında İtaliya gəlir. İtaliyaya keçən il 50 milyon 74 min dollarlıq püstə satılıb. Bu ölkədən sonra 33 milyon 627 min dollarla Almaniya və 12 milyon 839 min dollarla Çin gəlir.



Әlaqәli Xәbәrlәr