Türkiyənin 2021-ci il alma ixracında mühüm dəyişiklik

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə...

1766798
Türkiyənin 2021-ci il alma ixracında mühüm dəyişiklik

 

  Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, 2020-ci ildə 110 milyon 340 min 968 dollarlıq alma ixrac edən Türkiyə 2021-ci ildə bu sahədə 63,17 faizlik bir artıma imza atıb.

  Türkiyədən keçən il 80 ölkəyə 180 milyon dollarlıq alma satışı edilib.

  Qərbi Aralıq Dənizi İxracatçılar Birliyi (BAİB) İdarə Heyətinin sədri Ümid Mirzə Çavuşoğlu (Ümit Mirza Çavuşoğlu) təzə meyvə və tərəvəz ixracatının son 2 ildə artdığını, almanın isə ən çox ixrac edilən məhsullar arasında olduğunu bildirərək deyib: “Əvvəllər almanı ən çox Rusiyaya satırdıq. Ancaq 2021-ci ildə Rusiya ikinci sıraya düşdü, birinci yerdə Hindistan oldu. Heç ixracat etmədiyimiz və təxminən 3 ildir başladığımız Hindistan ciddi mənada alma alır.

  İxracatda Türkiyə mühüm yerə gəlib. Bölgəmiz baxımından da əhəmiyyətli bir bazar yaranıb bizimçün.

  Hindistan və Rusiyadan sonra ən çox alma ixrac edilən ölkələr Liviya və İraqdır”.



Әlaqәli Xәbәrlәr