Ayaqqabı ixracında artım qeydә alınıb

2021-ci ildә Türkiyənin ayaqqabı ixracı əvvəlki ilə müqayisәdә 22,9% artıb. TRT xәbәr verir ki, bu barәdә Sektorun ixracat hesabatında mәlumat yayılıb

1765084
Ayaqqabı ixracında artım qeydә alınıb

Bildirilib ki, Türkiyənin dəri və dəri məmulatları ixracı 2021-ci ildə 29,6% artaraq 1,73 milyard dollara çatıb. Belәcә dəri və dəri məmulatları səktorunun ümumi ixracdakı payı 0,8 % olub. Dəri və dəri məmulatları arasında әn çox  ixrac edilәn mәhsul ötәn ilә müqayisәdә 22,9% artımla ayaqqabı iştirak ədir. 2020-ci ildə 818,4 milyon dollar olan ayaqqabı ixracı 2021-ci ildə 1 milyard 6 milyon dollara yüksәlib. Türkiyənin ən çox ayaqqabı ixrac etdiyi ölkələr arasında 82,5 milyon dollarla Rusiya ilk sırada qәrarlaşıb. Bu ölkәni 75,5 milyon dollarla İraq, 70,1 milyon dollarla Almaniya, 64,3 milyon dollarla İspaniya və 40,8 milyon dollarla Rumıniya izləyib.



Әlaqәli Xәbәrlәr