Türkiyənin quraşdırılmış günəş enerjisi rekord seviyyəyə çatıb

Türkiyənin quraşdırılmış günəş enerjisi 8 il müddət  ərzində  40 meqavatdan 7816 meqavata yüksəlib.

1763742
Türkiyənin quraşdırılmış günəş enerjisi rekord seviyyəyə çatıb

Türkiyə son illərdə enerji ehtiyacını “təmiz enerji” adlanan bərpa olunan enerji mənbələrindən qarşılamaq və enerji sahəsində xaricə asılılığı azaltmaq üçün səylərini artırıb.

Enerji və Təbii Sərvətlər Nazirliyinin hazırladığı  hesabatlara   görə  Türkiyənin günəş enerjisi istehsalındakı macərası 2014-cü ildə 40 meqavat quraşdırılmış güclə başlayıb. Dövlət dəstəyi  və  təşviqinin təsiri ilə hər il artan quraşdırılmış güc 2015-ci ildə 249 meqavata, 2016-cı ildə isə 833 meqavata yüksəlib. Ən yüksək artımın müşahidə edildiyi 2017-ci ildə   isə   2016-cı  ilə  müqayisədə  311%  faiz   artımla 3 min 421 meqavata çatıb. 2021-ci  ildə  isə  şəbəkəyə 1149 meqavatlıq yeni günəş elektrik stansiyası daxil edilərək ölkədə quraşdırılmış günəş enerjisi 7816 meqavata çatdırılıb.  



Әlaqәli Xәbәrlәr