Türkiyənin avtomobil ixracında artım qeydə alınıb

Türkiyə iqtisadiyyatının lokomotiv sektoru olan avtomobil sənayesində ötən il 29,3 milyard dollarlıq xarici satış reallaşıb.

1757550
Türkiyənin avtomobil ixracında artım qeydə alınıb

Türkiyə iqtisadiyyatının lokomotiv sektoru olan və 2021-ci ili ixracda lider olaraq bağlayaraq ardıcıl 16-cı çempionluğunu elan edən avtomobil sənayesində ötən il 29,3 milyard dollarlıq xarici satış reallaşıb.

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən (OİB) verilən açıqlamaya görə, 2021-ci ildə avtomobil sənayesinin ixracı 2020-ci il ilə müqayisədə 15 faiz artaraq 29 milyard 342 milyon 794 min dollara çatıb.

Türkiyənin ixracında yenə birinci yerdə olan avtomobil sənayesi bununla da 16 ildir ixracatda çempion sektora çevrilib.

Sektorun dekabr ayı ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq təxminən 3 milyard dollara çatıb, bununla da sektor tarixində aylıq olaraq ən yüksək ikinci ixracı reallaşdırıb.

Ölkə əsasında Almaniya 2021-ci ildə ən böyük ixrac bazarını təşkil edib.

Ötən il Almaniyaya ixrac əvvəlki il ilə müqayisədə 17 faiz artaraq 4 milyard 168 milyon dollara çatıb.

Keçən il digər böyük bazarlardan Fransaya 14, İngiltərəyə 39, İtaliyaya və İspaniyaya 15, Polşaya 21, ABŞ-a 29, Rusiyaya 51, Misirə 22, Mərakeşə və 19 faiz ixrac artımı qeydə alınıb.



Әlaqәli Xәbәrlәr