Türkiyə Qara dənizin yeni təbii yanar qaz yatağında kəşfiyyat-axtarış işləri aparacaq
Bu barədə Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz özünün tviter sosial şəbəkə hesabından bildirib...
1756435

Qara dənizin Türkiyə milli sektorunda yeni təbii yanar qaz yatağında kəşfiyyat-axtarış işlərinin aparılması gözlənilir. Bu barədə Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz özünün tviter sosial şəbəkə hesabından bildirib.
Videomaterialda məlumat verilir ki, Sakariya qaz yatağına qonşu ərazidə yeni bir sahədə kəşfiyyat aparmağa hazırlıq görülməkdədir. Ümid edilir ki, 2022-ci ildə oxşar bir şad xəbər bölüşülsün.
Qeyd edək ki, Türkiyə Qara dənizdəki milli sektorunda ümumilikdə 540 milyard kubmetr həcmə malik qaz aşkar edib. Bu yataqlarda istehsal ediləcək qazın 2023-cü ildə ölkə ərazisinə çatdırmaq nəzərdə tutulub.