Yapon firması Türkiyədə sərmayə qoyacaq

Yaponiyanın elektron ehtiyat hissələri istehsalçısı "Kaga Electronics" şirkəti strateji mövqeyi ilə seçilən Türkiyədə yeni fabrik quracaq.

1753063
Yapon firması Türkiyədə sərmayə qoyacaq

Yaponiyanın elektron ehtiyat hissələri istehsalçısı "Kaga Electronics" şirkəti strateji mövqeyi ilə seçilən Türkiyədə yeni fabrik quracaq.

"Nikkei Asia"da yer alan xəbərə görə, hazırda Türkiyədə kondisioner ehtiyat hissələri istehsal edən "Kaga Electronics" yeni fabrikində çap dövrə lövhələri istehsal edəcək və müştərilərin istəklərinə uyğun hissələri onlara quraşdıracaq.

Yeni obyektin 2022-ci ildə istifadəyə verilməsi və mövcud obyektlə birləşdirilməsi gözlənilir.

"Kaga Electronics" Türkiyənin strateji mövqeyindən istifadə edərək Orta Şərq və Avropadan gələn sifarişləri artırmağı hədəfləyir. Beləliklə, şirkət istehsalını tədarük zəncirinin pozulmasının riskə çevrildiyi Asiyadan uzaqlaşdırmağı hədəfləyir.

Şirkət mənbələrinə görə, investisiya milyonlarla dollar təşkil edəcək və istehsal gücü tədricən artırılacaq.

Türkiyə Orta Şərq və Avropa bazarlarına xidmət edən bir çox istehsalçıya ev sahibliyi etdiyi üçün şirkət avtomobil ehtiyat hissələri üçün də sifariş qazanmaq üçün yeni istehsal bazasından yararlanmağa ümid edir.



Әlaqәli Xәbәrlәr