“S&P”un Türkiyəyə dair 2021 və 2022-ci illər üçün inkişaf proqnozları

Kredit dərəcələndirmə qurumunun Avropa, Orta Şərq və Afrika üzrə (EMEA) İnkişaf Edən Bazarlar Hesabatı

1741809
“S&P”un Türkiyəyə dair 2021 və 2022-ci illər üçün inkişaf proqnozları

 

  Beynəlxalq kredit dərəcələndirmə qurumu “Standart & Poor's” (S&P) Türkiyənin 2021 və 2022-ci illər üçün inkişaf proqnozlarını yüksəltdi.

  Kredit dərəcələndirmə qurumunun Avropa, Orta Şərq və Afrika üzrə (EMEA) İnkişaf Edən Bazarlar Hesabatında Türkiyənin 2021-ci il üçün iqtisadi böyümə təxmini 1,2 bal artırılaraq 9,8 faiz, 2022-ci il üçün inkişaf proqnozu isə 0,4 faiz artırılaraq 3,7 olaraq təyin edilib.

  Hesabatda inkişaf edən bazarlarda yüksək inflyasiya və yeni tip koronavirus (Covid-19) epidemiyası ilə bağlı qeri-müəyyənliklərin iqtisadi inkişafı yavaşlatdığı da vurğulanıb.

  Eyni zamanda, 2021-ci ilin üçüncü rübündən başlayaraq Avropa daxilindəki bütün inkişaf edən bazarların epidemiyadan çıxış zamanı nəzərə çarpan bir iqtisadi inkişaf əldə etdiyi də yazılıb.  

 



Әlaqәli Xәbәrlәr