THY gündəlik uçuş sayına görə Avropada 2-ci yerdədir

"Türk Hava Yolları" (THY) 22-28 noyabr tarixləri arasında gündəlik min 19 uçuş həyata keçirərək Avropada ən çox uçuş həyata keçirən 2-ci hava yolu şirkəti oldu.

1740533

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) hava trafiki məlumatlarına görə, 22-28 noyabr tarixləri arasında həftədə 140 min 372, gündə 20 min 53 uçuş həyata keçirilib.

Yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində məhdudiyyətlərin böyük ölçüdə götürülməsi ilə İrlandiyanın "Ryanair Graup" gündəlik 2103 uçuşla Avropanın ən çox uçan hava yolu şirkəti olaraq qeydə alınıb.

"Türk Hava Yolları" gündəlik min 19 uçuşla 2-ci, "Lufthansa" Hava Yolları isə 934 uçuşla 3-cü yerdədir.

"Pegasus" Hava Yolları da 401 uçuşla siyahıda 10-cu yerdə qərarlaşıb.

Әlaqәli Xәbәrlәr