“Qazprom”un xalis gəlirində rekord artım

2021-ci  ilin  üçüncü  rübündə Rusiyanın enerji şirkəti “Qazprom”un xalis gəliri rekord həddə   artaraq 581,8 milyard rubla çatıb.

1740204
“Qazprom”un xalis gəlirində rekord artım

TRT-nin  xəbərinə   görə   bu  banədə  Qazprom şirkətindən    məlyumat  yayılıb.  Bildirilib ki, 2021-ci  ilin   üçüncü  rübündə şirkətin xalis gəliri 2020-ci  ilin  müvafiq  dövrünə  müqayisədə 70% artaraq 2,4 trilyon rubla çatıb. Ötən ilin üçüncü rübündə 251 milyard rubl itirən şirkətin bu ilin eyni dövründə 581,8 milyard rubl (təxminən 7,8 milyard dollar) mənfəətlə rekord qırdığına  diqqət  çəkilən açıqlamada:  “Qazprom”un baş icraçı direktorunun müavini Famil Sadıqov ilin  dördüncü  rübündə   Avropaya təbii qaz tədarükünün   daha yüksək  qiymətdən davam edəcəyini bunun  isə  ilin sonundakı   gəlir  nisbətini rekord  seviyyədə  artıracağını  bildirib”.

Xatırladaq  ki, Qazprom-un təbii qaz ixracatından əldə etdiyi gəlir 2020-ci ildə əvvəlki ilə müqayisədə 39,6% azalaraq 25,2 milyard dollar olub.  


Etiketlәr: #Rusiya , #“Qazprom”

Әlaqәli Xәbәrlәr