2021-ci il oktyabr ayı ilə bağlı dünya xam polad istehsalı məlumatı

Mərkəzi Belçikanın paytaxtı Brüsseldə yerləşən Ümumdünya Polad Birliyi (Worldsteel) 2021-ci ilin oktyabr ayı ilə bağlı xam polad istehsalı məlumatını açıqlayıb

1737817
2021-ci il oktyabr ayı ilə bağlı dünya xam polad istehsalı məlumatı

 

  Türkiyənin xam polad istehsalı oktyabrda keçən ilin eyni dövrünə görə 8 faiz artaraq 3,5 milyon tona yüksəlib.

  Mərkəzi Belçikanın paytaxtı Brüsseldə yerləşən Ümumdünya Polad Birliyi (Worldsteel) 2021-ci ilin oktyabr ayı ilə bağlı xam polad istehsalı məlumatını açıqlayıb. Məlumata görə, qlobal xam polad istehsalı oktyabrda 2020-ci ilin eyni dövrülə müqayisədə 10,6 faiz azalaraq 145,7 milyon ton geriləyib.

  Dünyanın ən böyük polad istehsalçısı sayılan Çinin xam polad istehsalı sentyabr ayında 21,2, oktyabrda isə 23,3 faiz azalaraq 71,6 milyon tona düşüb.

  Cənubi Koreyanın xam polad istehsalı 1 faiz azalaraq 5,8 milyon tona enib.

  Yaponiyada xam polad istehsalı 14,3 faiz artaraq 8,2 milyon ton, Amerika Birləşmiş Ştatlarında 20,5 faiz yüksəlişlə 7,5 milyon ton, Almaniyada 7 faiz artımla 3,7 milyon ton olub.

  Türkiyənin xam polad istehsalı isə oktyabrda keçən ilin eyni dövrünə görə 8 faiz artaraq 3,5 milyon tona yüksəlib.



Әlaqәli Xәbәrlәr