Türkiyə alman turistlərin ən çox erkən rezervasiya etdiyi ölkələr sırasındadır

Türkiyənin alman turistlərin ən çox erkən rezervasiyaya üstünlük verdiyi ölkələr arasında yenidən də yer aldığı bildirilib.

1737247
Türkiyə alman turistlərin ən çox erkən rezervasiya etdiyi ölkələr sırasındadır

Türkiyənin alman turistlərin ən çox erkən rezervasiyaya üstünlük verdiyi ölkələr arasında yenidən yer aldığı bildirilib.

Almaniyanın aparıcı turizm şirkəti olan "TUI" 2022-ci il yay proqramını təqdim edib. Təqdimatda çıxış edən "TUI" şirkətinin Almaniya meneceri Stefan Baumert gələn il turizmin təxminən 2019-cu il səviyyəsində olacağı barədə nikbin olduqlarını söyləyib.

O, "Normallığın geri döndüyü bir səyahət yayı yaşayacağıq" deyib.

Alman turistlərin 2022-ci il üçün Türkiyə, Balear adaları və Yunanıstan kimi mühüm turizm istiqamətlərinə erkən rezervasiya etdiklərini qeyd edən Baumert insanların xüsusi anları yenidən yaşamaq üçün çox həvəsli olduqlarını və turizm sektorunun bundan faydalandığını bildirib.

"İnsanlar tətillərinə 25 faiz daha çox xərcləməyə hazırdırlar"-deyə Baumert qeyd edib.



Әlaqәli Xәbәrlәr