"Türkali-2" quyusunun "Rezervuar-1" testi davam edir
Qara dənizdəki "Türkali-2" quyusunun "Rezervuar-1" testi gündəlik 650 min kubmetrə yaxın debitlə davam edir.

Qara dənizdəki "Türkali-2" quyusunun "Rezervuar-1" testi gündəlik 650 min kubmetrə yaxın debitlə davam edir.
Enerji və təbii sərvətlər naziri Fatih Dönmez "Twitter" hesabından verdiyi açıqlamada 28 iyulda "Türkali-2" quyusu "Rezervuar-2 və "Rezervuar-3" testlərinin uğurla tamamlandığını bildirib.
Nazir F.Dönmez Qara dəniz bölgəsində qaz fəaliyyətlərinin 21 saniyəlik video görüntülərini paylaşaraq, "28 iyul 2021-ci il "Türkali-2" quyusu "Rezervuar-2" və "Rezerv" testləri uğurla tamamlandı. 20 noyabr 2021 "Türkali-2" quyusu "Rezervuar-1" teste gündəlik 650 min kubmetrlik debitlə davam edir. Qara dəniz qazı üçün 2023-cü il hədəfimiz aydındır. Addım-addım irəliləyirik” deyib.
Nazir Dönmez Antalyada keçirilən 11-ci Türkiyə Enerji Zirvəsinin açılışında etdiyi çıxışında Sakarya Qaz Yatağı ilə bağlı bütün mühəndislik işlərini tamamladıqlarını bildirdi.
"Yüksək keyfiyyətli borular üçün sifariş vermişik. 2022-ci ilin yazında boruları suyun altına qoyacağıq və ilk qaynaq işlərini edəcəyik" deyə nazir vurğulayıb.
Dönmez dördüncü qazma gəmisinin 2022-ci ilin yazında Türkiyəyə çatacağını bildirib.
"4-cü gəmimiz qoşa qülləli dizayna malikdir və sərt dəniz şəraitində işləmək qabiliyyətinə malikdir. O, hətta yüksək təzyiqli rezervuarlarda belə daha təhlükəsiz işləyir" deyə nazir qeyd edib.