Yəmən hökuməti maliyyə böhranı ilə mübarizə üçün dəstək istəyib

Yəmən hökuməti iqtisadi böhranla mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvlərindən dəstək istəyib.

1734815
Yəmən hökuməti maliyyə böhranı ilə mübarizə üçün dəstək istəyib

Yəmən hökuməti iqtisadi böhranla mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvlərindən dəstək istəyib.

Yəmənin rəsmi agentliyi "SABA"-nın xəbərinə görə, xarici işlər naziri Əhməd bin Mübarək BMT Təhlükəsizlik Şurasının daimi üzvü 5 ölkənin Yəmən səfirləri ilə görüşüb.

Görüşdə Bin Mübarək Yəmənin pul vahidi rialın ucuzlaşmasının ölkədə humanitar vəziyyəti daha da pisləşdirdiyini bildirib və hökumətin iqtisadi böhranla mübarizədə üzləşdiyi çətinlikləri çatdırıb.

Bin Mübarək Yəmən rialının xarici valyutalar qarşısında ucuzlaşmasını dayandırmaq üçün hökumətə iqtisadi dəstək və Mərkəzi Banka lazımi dəstəyin verilməsinin vacibliyini vurğulayıb.

Digər tərəfdən, Yəmənin Lahic vilayətində yüzlərlə insan qiymətlərinin yuxarı olmasına və Yəmən rialının ucuzlaşmasına etiraz edib.

Uzun müddətdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə yerli valyuta xarici valyuta qarşısında rekord ucuzlaşma yaşayır. Vətəndaş müharibəsinin başladığı illərdə 1 dollar 215 Yəmən rialı olduğu halda, bu gündən 1530 rialdan satılır.

Bildirilir ki, Yəmən rialının rekord qıran ucuzlaşması xalqın aşağı alıcılıq qabiliyyətini daha da zəiflədir, ölkədə yoxsulluq səviyyəsi isə 80 faizə çatıb.



Әlaqәli Xәbәrlәr