Türkiyənin külək enerjisi istehsalında rekord qırılıb

Türkiyənin külək enerjisindən təmin etdiyi elektrik ötən gün 181 min 249 meqavat-saatla ilin ən yüksək səviyyəsinə çatıb.

1732600
Türkiyənin külək enerjisi istehsalında rekord qırılıb

Məlumata görə küləyin ümumi elektrik enerjisi istehsalındakı payı 20,1% olub. Noyabrın 10-u çərşənbə günü Türkiyədə ümumilikdə 901 min 841 meqavat-saat elektrik enerjisi istehsal edilib  ki bunun 21,6 faizi  idxal kömür elektrik stansiyalarından 20,1%-i də   külək elektrik stansiyalarından təmin olunub. Beləliklə, Türkiyədə külək enerjisindən istehsal olunan elektrik enerjisi 181 min 249 meqavat-saatla ilin ən yüksək səviyyəsinə çatıb. Küləkdən elektrik enerjisi istehsalında sonuncu rekord 174,542 meqavat-saat elektrik istehselı ilə   oktyabrın 25-də qeydə alınmışdı.



Әlaqәli Xәbәrlәr