"Moody's" Türkiyə ilə bağlı hesabatı açıqladı

Beynəlxalq kredit reytinq agentliyi "Moody's" Türkiyədə maliyyə intizamın dövlət maliyyəsinin dayanıqlığını davam etdirəcəyini bildirib

1732359
"Moody's" Türkiyə ilə bağlı hesabatı açıqladı

 

Beynəlxalq kredit reytinq agentliyi "Moody's" Türkiyədə maliyyə intizamın dövlət maliyyəsinin dayanıqlığını davam etdirəcəyini bildirib.

Kredit reytinq agentliyinin "İnkişaf Edən Bazarlara Baxış" başlıqlı hesabatında 2022-ci ildə Türkiyənin iqtisadi artımının 4,8% olacağının  proqnozlaşdırıldığına diqqət çəkilib.

“Türkiyənin maliyyə intizamı və iqtisadi fəallığı dəstəkləyən güclü kredit artımı dövlət maliyyəsinin dayanıqlığını təmin edəcək”, - hesabatda qeyd olunub. Demoqrafik görünüşün inkişaf etməkdə olan bazarlardakı bankların fəaliyyətinə mümkün təsirinin qiymətləndirildiyi hesabatda: “Şərqi Avropa və Rusiyadakı bankların gəliri işçi qüvvəsinin yaşlı olması səbəbi ilə  azaldacaq. Orta Asiya və Türkiyə bankların gəliri isə  gənc və artan əhalinin kredit tələbi səbəbi ilə  daha da artacaq”.



Әlaqәli Xәbәrlәr