"Fatih Dönmez: "Azərbaycan ilə yeni qaz müqaviləsi imzalanıb"

Türkiyə və Azərbaycan arasında yeni qaz müqaviləsi imzalanıb.

1720074
"Fatih Dönmez: "Azərbaycan ilə yeni qaz müqaviləsi imzalanıb"

Türkiyə və Azərbaycan arasında yeni qaz müqaviləsi imzalanıb.

Bu barədə enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb.

Nazir Dönmez bildirib ki, Türkiyə əlavə təbii qaz təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə edib.

Türkiyənin ciddi bir enerji böhranı ilə üzləşdiyi dövrü, uğurlu bir diplomatiya ilə aşacağını vurğulayan Dönmez qeyd edib ki, qış yaxınlaşdıqca arta biləcək təbii qaz tələbatının qarşılanması üçün aparılan danışıqlar müsbət bir şəkildə davam edir. Bu çərçivədə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq Bakı-Tbilisi-Ərzurum xəttindən 11 milyard kubmetrlik əlavə təbii qaz ticarət müqaviləsi Azərbaycanla imzalanıb.

 



Әlaqәli Xәbәrlәr