Alabalıq ixracında rekord artım qeydə alınıb

Türkiyənin qızılbalıq ixracı yanvar-sentyabr dövründə ötən ilin müvafiq dövrünə müqayisədə 264% artaraq 109 milyon dollara çatıb.

1720149
Alabalıq ixracında rekord artım qeydə alınıb

Egey İxracatçı Birliklərinin hesabatına görə Türkiyə 2020-ci ilin yanvar-sentyabr dövründə 704 milyon 301 min dollarlıq su məhsulları ixrac edib. Lakin cari ilin müvafiq dövründə  bu  miqdar 37” artaraq 989 milyon 748 min dollara çatıb. Bildirilib ki, dəniz məhsulları ixracında 340 milyon dollar ilə lavrak birinci sırada iştirak edib. Bu balığı 279 milyon dollar ilə Çipura və 113 milyon dollar  ilə də alabalıq izləyib.

Türkiyə İxracatçılar Məclisi (TİM) Balıqçılıq və Heyvan Məhsulları Sektoru İdarə heyətinin Başçısı Sinan Kızıltan, qızılbalıq tələbatında  böyük artım qeydə alındığını, 2020 -ci ildə 56,8 milyon dollarlıq ixrac reallaşdırıldığını, bu balığa tələbatın  cari ildə də  davam etdiyini,  ən böyük bazarın isə Rusiya olduğunu qeyd edib. qızılbalığın Uzaq Şərqə də ixrac edildiyini ifadə edən  Kızıltan  daxili bazarda da  bu balığa tələbatın çox olduğunu, beləcə Norveç qızılıbalığı idxalının azaldığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr